Siyavuş Novruzov: Lap uşaqlığımdan Allaha inanan bir insan olmuşam » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Siyavuş Novruzov: Lap uşaqlığımdan Allaha inanan bir insan olmuşam

Siyavuş Novruzov: Lap uşaqlığımdan Allaha inanan bir insan olmuşam


Mən dinin özündə, yəni “Qurani-Kərim”də bir dəyişiklik edilməsini istəmərəm. Bu, ilahiliyə ziddir. Lakin “Quran”dan kənar bəzi adət-ənənələrin özündə ciddi islahatlara ehtiyac var. Götürək, dəfn adətlərini, yas mərasimlərini. Azərbaycandakı yas mərasimləri nə ərəbdə, nə farsda, nə türkdə, nə də İndoneziyada var.

AzNews.info xəbər verir ki, bu sözləri Modern.az saytına müsahibəsində Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

S.Novruzovun sözlərinə görə, bunun isə hüquqi, dini, mənəvi əsasları yoxdur.

“Buna görə də yas mərasimlərində israfa yol verilməməsi üçün islahatlar getməlidir. Naxçıvanda bu islahatlara start verildi və özünü doğruldur. Varlı, kasıb olmasından asılı olmayaraq, hamı hüzrü eyni qaydada verir, biri digərindən fərqlənmir”, - deyə, o, bildirib.

Dinə münasibətindən danışan deputat qeyd edib ki, əvvəllər dinlə çox məşğul olub:

“Lap uşaqlığımdan Allaha inanan bir insan olmuşam və bu gün də belədir. Hazırda isə dini ayinlərin bəzilərini yerinə yetirirəm. İndi bəzən görürsən ki, 18-20 yaşında bir insan Həcc ziyarətinə gedir. Amma Həccə düşünülmüş, yetkin, kamil şəkildə getmək lazımdır. Görürsən ki, çoxu Həccə gedir, lakin gələndən sonra dinin ona buyurduğu əməlləri yerinə yetirmir. Adama deyərlər, əməl etməyəcəkdinsə, ora turist səfərinə getməmisən ki!”.

S.Novruzov Həcc ziyarətinə getmək arzusunda olduğunu da vurğulayıb:

“Hər bir müsəlman arzu edir ki, müqəddəs Həcc ziyarətində olsun. Lakin buna görə müxtəlif yolları keçmək lazımdır. İslam dininin mütərəqqiliyi ondan ibarətdir ki, bütün ayinlərin yerinə yetirilməsini eyni vaxtda tələb etmir.

Tutaq ki, bir imkansız adamın sənə min manat borcu var. Əgər ondan min manatı hamısını birdən tələb etsən, o, bunu verə bilməyəcək. Ona görə də məcburdur ki, borcunu hissə-hissə ödəsin.

Bir müsəlmandan əgər tələb edilsə ki, beş vacib şərtin hamısını yerinə yetir, bu, mümkün olmayacaq. Bunun obyektiv və subyektiv səbəbləri var.

Məsələn, kimsə xəstədirsə, oruc tuta bilməz. Oruc tuta bilmirsə, demək ki, şərtin birini yerinə yetirmir. Yaxud Həccə getmək üçün adamın gərək maddi imkanı olsun. İnsan oğurluq etməklə Həcc ziyarətinə getməli deyil ki! Adam halal zəhməti ilə qazanandan sonra Məkkəni, Mədinəni ziyarət etməlidir. Halal zəhmətlə pul toplamaq isə bir az vaxt aparır”.

Cənnət və cəhənnəmə inandığını bildirən deputat hazırda oruc tutduğunu da qeyd edib.

Mənbə: Modern.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *