Türkiyədə növbəti terror təhlükəsi
Türkiyənin kəşfiyyat qurumları qeyri-qanuni yollarla ölkəyə daxil olan İŞİD qruplaşmasının üzvü S.A. və M.A.C. adlı 2 şəxsin terror aktı törətmək niyyətində olduqları barədə məlumat yayıb.
Oxu.Az xəbər verir ki, 2 terrorçunun Kahramanmaraşda yaşayan Suriya vətəndaşı İ.H. ilə görüşəcəyi barədə məlumat əldə edən kəşfiyyat orqanları terrorçuların fotolarını bütün hüquq-mühafizə orqanlarına göndəriblər.
Hazırda həmin şəxslərin saxlanılması istiqamətində tədbirlər görülür.
Mənbə:> Oxu.Az