Rusiyada mədəndə axtarış dayandırıldı
Rusiyanın Vorkuta şəhəri yaxınlığında yerləşən “Severnaya” şaxtasında axtarış işləri dayandırılıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar naziri Vladimir Puçkov məlumat verib.
Onun sözlərinə görə, itkin düşən 26 mədənçinin axtarış işləri heç bir nəticə verməyib.
Xatırladaq ki, hadisə fevralın 25-də 748 metr dərinlikdə baş verib. Uçqun zamanı şaxtada 110 nəfər olub, onlardan 80 nəfəri şaxtadan çıxarmaq mümkün olub, 26 nəfərin taleyi məlum deyil.
Bu gün gecə radələrində ikinci partlayış baş verib. Nəticədə 5 xilasedici və 1 mədən işçisi ölüb.
Mənbə:> Axar.az