Polislərin bıçaqlandığı əxlaqsızlıq yuvası bağlandı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal, Foto

Polislərin bıçaqlandığı əxlaqsızlıq yuvası bağlandı – FOTO

Polislərin bıçaqlandığı əxlaqsızlıq yuvası bağlandı


Fevralın 2-də 3 polis əməkdaşının bıçaqlandığı “Emin” kafesi bağlanıb.

AzNews.info musavat.com-a istinadən xəbər verir ki, kafe artıq bir həftədən çoxdur ki, işləmir.

Xatırladaq ki, polis əməkdaşları kafedə müştərilər arasında baş verən davanı sakitləşdirmək üçün hadisə yerinə getmişdilər.

Lakin polis əməkdaşlarına müqavimət göstərən şəxslər, daha sonra onlara bıçaq zərbələri endirmişdilər.

Bu hadisə baş verən gün belə, kafe öz fəaliyyətini əvvəlki qaydada davam etdirirdi. Əvvəlki qayda isə kafe kimi yox, əxlaqsızlıq yuvası kimi idi. Sabunçu rayonu ərazisində xüsusi ad çıxaran “Emin” kafesi məhz bu cür fəaliyyəti ilə bilinirdi.

Kafenin əxlaqsızlıq yuvası olması ilə bağlı elə hadisə baş verən günü, sakinlər də kafenin fəaliyyətindən narazılıqlarını bildirərək, burada tez-tez baş verən davalardan narahat olduqlarını qeyd etmişdilər.

Polis əməkdaşlarının bıçaqlanması ilə nəticələnən dava da, bu kafedə baş verən yüzlərlə insidentdən biri idi. Kafedə tez-tez yüngül həyat tərzi sürən qadınlara görə davalar baş verirdi.

Kafedə səhər saatlarından gecənin gec saatlarına qədər qadın ticarəti açıq şəkildə davam edirdi. Bu vəziyyətlə bağlı yaxınlıqda yaşayan sakinlər bir neçə dəfə polisə şikayət etmişdilər. Lakin bu vaxtadək heç bir nəticəsi olmurdu.

Nəhayət ki, bu hadisə kafenin bu cür fəaliyyətinə son qoyub. Belə ki, bir neçə gün əvvəl kafeyə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Onlar kafenin bağlanması ilə bağlı göstəriş veriblər. Artıq bir həftədən çoxdur ki, kafe bağlanıb.

Ətrafda olan mağazalarda çalışanlar deyirlər ki, polis əməkdaşları gəlib, kafeni bağlayandan sonra obyektə heç kim gəlmir. Biz də ərazidə olarkən kafedə və ətrafda heç kimi görmədik. Ətrafda yaşayan sakinlər də kafenin baş verən sonuncu hadisəyə görə bağlandığını bildirdilər.

Xatırladaq ki, kafedə bıçaqlanan polislərdən biri, kapitan Ağaəli Ələkbərov Daxili İşlər Nazirliyinin (DİN) Təchizat İdarəsinin rəis müavini, polkovnik Əkbər Ələkbərovun oğludur. Polis əməkdaşları 3 saylı Klinik Xəstəxanasına yerləşdirilmişdilər.

Qeyd edək ki, hadisəni törədən Beyləqan rayon sakinləri - 1987-ci il təvəllüdlü Dəyanət Muradov, əvvəllər məhkum olunmuş 1986-cı il təvəllüdlü İlham Məmmədov və Ağcabədi rayon sakini, 1986-cı il təvəllüdlü Fariz Məlikov saxlanılıblar.

Polislərin bıçaqlandığı əxlaqsızlıq yuvası bağlandı
Polislərin bıçaqlandığı əxlaqsızlıq yuvası bağlandı
Polislərin bıçaqlandığı əxlaqsızlıq yuvası bağlandı

Mənbə: Musavat.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *