“Beşiktaş” futbolçuları azərbaycanlıya dəstək oldular » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Futbol

“Beşiktaş” futbolçuları azərbaycanlıya dəstək oldular

“Beşiktaş” futbolçuları azərbaycanlıya dəstək oldular


İstanbulda ona qorxulu diaqnoz qoydular.

“Beşiktaş” futbolçuları leykemiyaya tutulan İstanbul Texniki Universitetinin tələbəsi - azərbaycanlı İbrahim Fərhadlını dəstəkləyiblər.

Oxu.Az türk KİV-nə istinadən xəbər verir ki, yanvar ayında 22 yaşlı oğlanın burnundan qan gəlib, bundan sonra xəstəxanaya yatırılan İbrahimə qorxulu diaqnoz qoyublar.

İbrahim Türkiyə vətəndaşı olmadığı və sosial sığortaya sahib olmadığı üçün İstanbulun özəl klinikalarının birində müalicə alır, bu isə böyük maliyyə vəsaiti tələb edir.

Nəticədə İbrahim Fərhadlıya yardım kampaniyasına start verilib. Kampaniyaya həmvətənimiz hələ Bakıda olarkən azarkeşlik etdiyi İstanbulun “Beşiktaş” klubunun futbolçuları da qoşulub.

Mario Qomez, Olcay Şaan, Gökan Töre, Günay Güvendik, Cenk Tosun və Tolqa Zengin İbrahima dəstək məktubu göndəriblər. Onlar, həmçinin İbrahimə imzaladıqları klub köynəyini də yollayıblar.

Azərbaycanlını müğənni Ayko Çepkin də dəstəkləyib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *