Azərbaycan daha bir türkiyəli iş adamını axtarır » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Azərbaycan daha bir türkiyəli iş adamını axtarır

Azərbaycan daha bir türkiyəli iş adamını axtarır


Azərbaycan daha bir türkiyəli iş adamını beynəlxalq axtarışa verib.

AzNews.info xəbər verir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda bildirilir ki, 1971-ci il təvəllüdlü Yalhı Ömər külli miqdarda vergidən yayınmaqda ittiham olunur. Azərbaycanı tərk etdiyi üçün onun barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

APA-nın əldə etdiyi məlumata görə, Y. Ömər Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

Qeyd edək ki, ötən gün Azərbaycanda vergidən yayınan daha bir türk iş adamı axtarışa verilib. K. Heyse 2010-2014-cü illərdə Azərbaycanda inşaat işləri ilə məşğul olub.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *