Azərbaycan vergidən yayınan xanım iş adamını axtarışa verdi – FOTO
Azərbaycan vergidən yayınan xanım iş adamı barəsində beynəlxalq axtarış elan edib.
APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, 1953-cü il təvəllüdlü Firəngiz Ganahi külli miqdarda vergidən yayınmaqda təqsirləndirilir. O, ölkədən getdiyi üçün barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.
Saytın əldə etdiyi məlumata görə, 62 yaşlı F. Ganahi sahibkarıq fəaliyyəti ilə məşğul olurmuş.
Mənbə:> Virtualaz.org