Sevdiyi qızın anasını öldürən müəllim özünü yandırdı
Xəbər verdiyimiz kimi, bu gün Qusarın Uqur kəndində intihar hadisəsi baş verib.
AzNews.info-nun ANS PRESS-ə istinadən məlumatına görə, kənd sakini 1967-ci il təvəllüdlü Çingiz Şıxverdiyev 15:00 radələrində özünü yandıraraq həyatına son verib.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının nümayəndələri bildirib ki, mərhum 15 il məhkumluq həyatı yaşayıb.
Verilən məlumata görə, kənd məktəbində bir vaxtlar dil-ədəbiyyat müəllimi işləyən Çingiz Şıxverdiyev 1998-ci ildə dərs dediyi şagirdi ilə evlənmək istəyib.
Lakin qızın anası buna mane olub. Elə buna görə də sevdiyi qızın anasını qətlə yetirən müəllim 15 illik həbs cəzasına məhkum edilib.
O, 2012-ci ildə azadlığa çıxıb. Hazırda intiharın dəqiq səbəbləri araşdırılır.
Mənbə:> ANSPRESS