Afaq Gəncəli: Oğlum mənə deyirdi ki, ana, yuxum gəlir – VİDEO
Oğlumda 11 yaşında bu xəstəlik yarandı, 12 yaşında rəhmətə getdi.
Oxu.Az xəbər verir ki, ATV-nin efirində yayımlanan “Bizimləsən” verilişində qonaq olan teleaparıcı Afaq Gəncəli rəhmətə gedən oğlundan danışıb:
“Bu xəstəliyin qarşısını almaq mümkün olmadı. Davamlı müalicələr etdik. Yaxşı ki, dəhşətli ağrılar yaşamadı. Komaya düşdü. Komaya düşməmişdən əvvəl yeməyi yaxşı idi, ancaq gülürdü. Oğlumda 11 yaşında bu xəstəlik yarandı, 12 yaşında rəhmətə getdi.
Stress və qorxudan yarandı. Atam dünyasını dəyişəndə oğlum yanımda idi. Atam rəhmətə getməmişdən öncə oğlumda bu xəstəlikdən əsər-əlamət yox idi. Heç vaxt ağlıma gəlməzdi ki, bu xəstəliklə mübarizə aparım. Hər hansı ananı görəndə deyirəm ki, uşaqlarınızdan müğayat olun. Hər hansı bir yeri ağrıyırsa, mütləq həkimə aparın. Oğlum mənə deyirdi ki, ana, yuxum gəlir. Fikirləşirdim ki, yəqin yorulub. Bu yorğunluq, ağrı bu xəstəliyin əlaməti imiş. Onurğasında idi deyə ayağına təsir etdi. Axsayırdı, axsaya-axsaya müalicəyə apardım”.
Mənbə:> Oxu.Az