“Zərifə Əliyeva” küçəsinin bir hissəsi təmirə bağlanır
Bakıda keçiriləcək "Formula-1” yarışı ilə əlaqədar paytaxt yollarında asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar fevralın 4-ü “Zərifə Əliyeva” küçəsinin “Səməd Vurğun” ilə “Əziz Əliyev” küçələri arasındakı hissəsi bir günlüyünə bağlı olacaq.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, bununla yanaşı, “Neftçilər” prospektinin “Rəsul Rza” ilə “Əziz Əliyev” küçələri arasındakı hissəsində də nəqliyyatın hərəkəti həmin gün tamamilə dayandırılacaq.
Buna alternativ olaraq “Neftçilər” prospektinin “Səməd Vurğun” ilə “Əziz Əliyev” küçələri arasındakı hissəsində avtomobillərin hər iki istiqamətdə hərəkəti təşkil olunacaq.
Bundan başqa, fevralın 4-ü axşam saatlarından etibarən “Neftçilər” prospektinin “Bülbül” küçəsi ilə kəsişməsindən “Azneft” dairəsinə qədər olan hissəsi bağlı olacaq. Burada avtomobillərin hərəkətinə qoyulmuş qadağa fevralın 6-sı səhər saatlarınadək davam edəcək.
Mənbə:> Oxu.Az