Daha 4 küçəyə çıxmaq qadağan edildi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

Daha 4 küçəyə çıxmaq qadağan edildi – Türkiyədə antiterror əməliyyatları

Daha 4 küçəyə çıxmaq qadağan edildi


Türkiyənin Diyarbakır vilayətinin Sur rayonunda daha 4 küçəyə çıxmaq qadağası tətbiq edilib.

ATV.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, rayon bələdiyyəsinin açıqlamasında bildirilir ki, Surun bəzi məhəllələrində terrorçuların barrikada qurması, xəndək qazması və bomba qoyması səbəbindən vətəndaşların təhsil, səhiyyə, din və digər xidmətlərdən istifadə etməsində problem yaranıb.

Bu isə vətəndaşların gündəlik normal həyat yaşamasını çətinləşdirir, eyni zamanda ticarətə də mənfi təsirini göstərir: “Cəmiyyətdə nizam-intizam yaratmaq, küçəarası barrikadaların sökülməsi, xəndəklərin doldurulması, bombaların zərərsizləşdirilməsi, vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün Surun Camii Kebir, Camii Nəbi, İskəndərpaşa və Məlikəhməd küçələrində bu gecə saat 00.00-dan etibarən küçəyə çıxma qadağası elan edilib. Vətəndaşlarımızın bu qadağaya əməl etməsi onların təhlükəsizlikləri üçün böyük əhəmiyyət kəsb edir”.

Beləliklə Surda küçəyə çıxmaq qadağası ümumilikdə 15 məhəlləyə aid edilib.

Mənbə: ATV.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *