Hemofiliyalı xəstələr üçün yeni tədbirlər proqramı təsdiqləndi
Azərbaycan Nazirlər Kabineti “2016-2020-ci illər üçün hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı”nı təsdiqləyib.
Nazirlər Kabinetindən Oxu.Az-a verilən məlumata görə, Tədbirlər Proqramının məqsədi hemofiliyalı xəstələrə göstərilən tibbi yardımın həcminin və keyfiyyətinin artırılmasından, hemofiliya nəticəsində əmələ gələn əlilliyin və ölüm hallarının azaldılmasından ibarətdir. Tədbirlər Proqramının əsas vəzifələri hemofiliyanın fəsadlarının diaqnostikasının, müalicəsinin və profilaktikasının təkmilləşdirilmək,
hemofiliya xəstəliyinə düçar olmuş şəxslərin ömürlərinin uzadılması və həyat keyfiyyətinin yaxşılaşdırılması, hemofiliya xəstəliyinin müalicəsi və profilaktikası üzrə tibb mütəxəssislərinin hazırlanması və onların ixtisaslarının artırılmasıdır.
Tədbirlər Proqramı üzrə həyata keçiriləcək tədbirlərin əlaqələndirilməsini, monitorinqini və qiymətləndirilməsini Səhiyyə Nazirliyi həyata keçirəcək.
Tədbirlər Proqramının həyata keçirilməsi nəticəsində hemofiliyalı xəstələrə göstərilən tibbi yardım təkmilləşdiriləcək, hemofiliyalı xəstələrin ömürləri uzanacaq və həyat keyfiyyəti yaxşılaşdırılacaq, hemofiliya xəstəliyinin fəsadları və bu xəstəlikdən əlillik və ölüm halları azaldılacaq.
Tədbirlər Proqramınınhəyata keçirilməsi üzrə Fəaliyyət Planında nəzərdə tutulur ki,
Hemofiliyalı xəstələrin müalicəsi təşkil ediləcək. Hemofiliyalı xəstələrdə qanaxmaların profilaktikası məqsədi ilə onların faktor preparatları ilə təmin edilməsi Səhiyyə Nazirliyi tərəfindən 2016-2020-ci illərdə həyata keçiriləcək. Bu il ərzində irsi qan xəstəliklərinin müalicəsi üzrə rayonlararasıhematoloji kabinetlərdə hemofiliyalı xəstələrə qanaxma zamanı ilkin yardımın göstərilməsi təşkil ediləcək. Səhiyyə Nazirliyi 2016-2017-cı illərd
Kiçik yaşlı hemofiliyalı uşaqlarda erkən əlilliyin qarşısının alınması məqsədi ilə birincili profilaktikanın tətbiq edəcək. Nazirlik 2016-2017a-ci illərdə hemofiliyalı xəstələrdə oynaqlarda baş verən fəsadların qarşısının alınması və ya aradan qaldırılması məqsədi ilə artroskopiksinovektomiyanı tətbiq edəcək. Hemofiliyalı xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə ağırlaşma hallarında ikincili profilaktikanın tətbiq edilməsi (2016-2020), hemofiliya üzrə metodik vəsaitlərin və elmi ədəbiyyatın hazırlanması (2016-2018), hemofiliyalı xəstələrin registrının təkmilləşdirilməsi (2016-2017), hemofiliyaya dair maarifləndirmə işləri həyata keçiriləcək.
Bununla yanaşı, hemofiliya üzrə mütəxəssislərin hazırlanması (o cümlədən, xarici ölkələrdə) Səhiyyə Nazirliyi tərəfindən 2016-2020-cı illərdə həyata keçiriləcək.
Mənbə:> Oxu.Az