”Günay Musayeva ilə bağlı tədbir görülməlidir” » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maqazin, Media

”Günay Musayeva ilə bağlı tədbir görülməlidir”

”Günay Musayeva ilə bağlı tədbir görülməlidir”


“Bu stil mənim” verilişində türk dilində danışan model Günay Musayeva ilə bağlı tədbir görülməlidir”.

AzNews.info-nun məlumatına görə, bunu aznews.az-a açıqlamasında millət vəkili Nizami Cəfərov ATV kanalında yayımlanan “Bu stil mənim” verilişindəki qalmaqalı şərh edərkən deyib.

Deputat bildirib ki, Azərbaycanın dövlətinin öz dili var və bütün televiziya və radiolar da bu dildə danışmalıdır:

“Televiziyada başqa dildə danışmaq olmaz. Əgər danışan şəxs Azərbaycan dilini bilmirsə, bu zaman da tərcüməçilərdən istifadə olunmalıdır. Dəb xatirinə başqa dildə danışmaq olmaz. Dövlət dili haqqında qanun var”.

N.Cəfərovun fikrincə, yaranmış vəziyyətdə ATV kanalı bir tədbir görməyibsə, o zaman məsələyə Milli Televiziya və Radio Şurası müdaxilə etməlidir:

“Bu məsələdə mübahisə etməyin yeri yoxdur, hər şey ortadadır. Televiziya vəziyyətin daha da pisləşməməsi üçün mütləq bunu müzakirə edib həll etməlidir. Ortada ictimai rəy var”.

Xatırladaq ki, ATV kanalında “Bu stil mənim” verilişində iştirakçı Günel Məmmədova ilə münsif üzvü Günay Musayeva arasında qalmaqal yaşanıb. İştirakçını tənqid edən G.Musayevanın yerli proqramda Türkiyə türkcəsində danışması da birmənalı qarşılanmayıb. Milli Televiziya və Radio Şurası (MTRŞ) isə baş vermiş qalmaqalla bağlı kanal təmsilçiləri ilə müzakirələr aparıldığını bildirib.

Mənbə: AzNews.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *