Mirşahin “Hesabat”da yenə MTRŞ-yə söz atdı – VİDEO
Dünən xəstəxanaya qaldırılan telejurnalist Mirşahin Ağayev bu gün “Hesabat” verilişini aparıb.
“Qafqazinfo” xəbər verir ki, aparıcı bir neçə gün əvvəl “Hesabat”a qadağa qoyub daha sonra bu qərarı ləğv edən Milli Televiziya və Radio Şurasına da söz atıb.
Xatırladaq ki, yanvarın 22-də Milli Teleradio Şurası ANS telekanalında yayımlanan, müəllifinin və aparıcısının məşhur telejurnalist Mirşahin Ağayev olduğu “Hesabat” verilişinin bir ay müddətinə dayandırılması barədə qərar qəbul etmişdi.
Dünən MTRŞ keçirdiyi mətbuat konfransında bu qərarın ləğv edildiyini açıqlayıb.
Mənbə:> Qafqazinfo.az