Dünyanın ən cəld hepardı öldü
ABŞ-ın Oqayo ştatında dünyanın ən cəld hepardı ölüb.
Oxu.Az xəbər verir ki, Sara ləqəbli hepard Cincinnati zooparkında yaşayırdı, və hepard 2012-ci ildə, 11 yaşında ikən 100 metr məsafəni 5.95 saniyə ərzində qaçaraq dünyanın ən sürətli məməlisinə çevrilib. Onun qeydə alınan maksimal sürəti saatda 98.2 kilometr olmuşdu.
15 yaşlı Saranın səhhəti pisləşdiyindən baytar həkimləri heyvanın əzabını yüngülləşdirmək üçün ona iynə vurub öldürmək qərarına gəliblər.
Qeyd edək ki, hepardların orta ömrü 8-12 ildir.
Mənbə:> Oxu.Az