Gömrükçülər 1 000 qutu aksizsiz “Marlboro” aşkarladı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Gömrükçülər 1 000 qutu aksizsiz “Marlboro” aşkarladı

Gömrükçülər 1 000 qutu aksizsiz “Marlboro” aşkarladı


Azərbaycan gömrük xidməti əməkdaşları ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Oxu.Az-a verilən məlumata görə, Gəncə Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən Gəncə-Şəmkir şossesinin 13 km-də “Mercedes-Benz” markalı, 99-HZ-620 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi saxlanılıb.

Həmin nəqliyyat vasitəsini idarə edən Göygöl rayon sakini Mahir Məmmədova məxsus avtobusa baxış zamanı avtobusun yük yerindən Azərbaycan aksiz markası ilə markalanmayan 1 000 qutu “Marlboro” siqareti aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *