Sevda Ələkbərzadə boşanma xəbərini təsdiqlədi – FOTO
Əməkdar artist Sevda Ələkbərzadə boşanma xəbərindən danışıb.
AzNews.info-nun 1news.az-a istinadən məlumatına görə, sənətçi keçmiş həyat yoldaşı Kamiyarla ayrıldığını ötən gün inkar etsə də, bu gün təsdiqləyib:
“Hələ bugünə kimi mənə bu qədər zəng edən olmamışdı. Nə qədər böyük layihələr etdim, heç belə səs doğurmadı. Şəxsi həyat mənim üçün qadağanolunmuş mövzu idi. İlk və son dəfə açıqlama verirəm. Həyat yoldaşımla boşanmaq qərarına gəlmişik.
O, Amerikada, mən isə Azərbaycandayam. Qərar verdik ki, belə davam etməkdənsə, ayrılaq. Mən hər şeyi Bakıda qoyub Amerikaya köçə bilmərəm. Eləcə də Kamyar işini atıb bura gələ bilməz. Qarşılıqlı razılaşma ilə bu qərarı verdik.
Hər dəfə Azərbaycanda, Türkiyədə və Amerikada yaşamağa çalışdıq. Amma hər dəfə bir problem ortaya çıxdı. Kamiyarla münasibətlərimiz yaxşıdır”.
Qeyd edək ki, Sevda və Kamiyar cütlüyü 2014-cü ilin may ayında ailə həyatı qurmuşdu. Cənubi Azərbaycandan olan iş adamı Sevda Ələkbərzadə ilə Türkiyədə tanış olmuşdu.
Mənbə:> 1news.az