Göyçayda 19 yaşlı qız özünü asdı
Göyçay şəhərinin Nəriman Nərimanov küçəsi, 130 ünvanında intihar hadisəsi baş verib.
AzNews.info xəbər verir ki, APA-nın məlumatına görə, sözügedən ünvanda yerləşən evin həyətindəki yardımçı tikilidə 19 yaşlı Aytac Yusifli özünü asaraq intihar edib.
Hadisənin səbəbləri hələ ki məlum deyil.
Faktla bağlı Göyçay rayon Prokurorluğunda araşdırma başlayıb.
Mənbə:> APA