“Qazprom”un xadiməsinin 4 min dollarlıq çantası oğurlandı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

“Qazprom”un xadiməsinin 4 min dollarlıq çantası oğurlandı

“Qazprom”un xadiməsinin 4 min dollarlıq çantası oğurlandı


Moskvada avtomobildən “Qazprom” şirkətinin xadiməsinə məxsus Diordan olan 4 min dollarlıq çantanı oğurlayıblar, LifeNews telekanalı məlumat yayıb.

Oxu.Az xəbər verir ki, holdinqin 44 yaşlı əməkdaşına məxsus “Mitsubishi Outlander” yolsuzluq avtomobili Yeni Moskvada yerləşən “Rumyantsevo” biznes-mərkəzinə məxsus parkinqin ərazisində olub.

Qadın maşını parkinqdə üç dəqiqəlik saxlayıb, qayıtdıqda isə maşının qapısının açıq olduğunu görüb. Maşının salonundan timsah dərisindən hazırlanmış çantası, bank kartları və sənədləri yox olub.

Zərərçəkən qarət olunduğu barədə polisə ərizə yazıb. Hal-hazırda zərərin ümumi məbləği müəyyənləşdirilir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *