Dünya xalqlarının qəribə inancları » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Dünya

Dünya xalqlarının qəribə inancları

Dünya xalqlarının qəribə inancları


AzNews.info dünya ölkələrində yayılmış bəzi inancları təqdim edir:

Almaniyada geniş yayılmış inanca görə, spirtli içki içərkən qədəhi qaldırıb “şərəfə” demək digərlərinin ölməyini istəməyinizdən xəbər verir.

Malayziyada yastıqların üstündə oturmaq elə də məqbul davranış deyil. İnanca görə, bunu edən şəxsin ombasında və ya kürəyində çiban çıxacaq.

Dünyanın bir çox ölkəsində 13 rəqəmi nəhs rəqəm sayılır. Ancaq Çində 4 rəqəmi uğursuz rəqəm hesab olunur. Çünki bu rəqəmin çincə tərcüməsi “ölüm” kəlməsinə bənzəyir. Qeyd edək ki, çinlilər hər iki kəlməni “si” səsi ilə ifadə edirlər.

Hindistanda cümə axşamı və şənbə günləri saç kəsmək və ya yumaq olmaz. İnanca görə, bu, uğursuzluq gətirir.

Fransada itləri tapdalamaqla bağlı qəribə bir inanc var. Əgər sol ayaqla tapdalasanız uğur, sağ ayaqla tapdalasanız uğursuzluq gətirər.

Finlandiyada inanca görə, hörümçək öldürmək yağışa səbəb olur.

Seneqalda harasa səyahət etməyi fikirləşən şəxsin bu mövzunu heç kimlə bölüşməməsi ilə bağlı inanc vardır. Əks təqdirdə səyahət planlarında çatışmazlıq ortaya çıxa bilər.

Rusiyada geniş yayılmış inanca görə, boş vedrə daşımaq və ya boş vedrə daşıyan birini görmək uğursuzluq gətirir. Bunu Çar II Aleksandrın boş vedrə daşıyan sui-qəsdçinin qurbanı olması ilə də əlaqələndirənlər var.

Ruandada qadınlar keçi əti yeməkdən imtina edirlər. Deyilənə görə, keçi əti yeyən qadınların üzləri tüklənir.

Braziliyada bir insanın çantasını və ya pulqabısını yerə qoyması uğursuzluğa yozulur. İnanca görə, çantasını və ya pulqabısını döşəmənin üzərinə qoyan insan kasıblaya bilər.

Misirdə qayçını boş-boşuna əldə oynatmağın, açıb-bağlamağın uğursuzluq gətirəcəyinə inanılır. Bundan daha pisi isə qayçını açıq qoymaqdır.

İspaniyada otağa sol ayaqla daxil olmağın uğursuzluq gətirəcəyinə inanırlar.

Hollandiyada yemək masasında mahnı oxumaq yeyilən yemək üçün şeytana minnətdar olmaq mənasına gəlir.

Nigeriyada yayılan inanca görə, uşaqları dodağından öpmək uğursuzluğa səbəb olur.

ABŞ-ın bəzi əyalətlərində evlərin tavanında qəribə pəncərələr görmək olar. 19-cu əsrdə bunun ifritələri evlərdən uzaq tutduğuna inanılırdı. Hələ də bu inanca sadiq qalan insanlar var.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *