Ağstafada bir milyon manatlıq “Çayka” satılır » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Avto, Video

Ağstafada bir milyon manatlıq “Çayka” satılır – VİDEO

Ağstafada bir milyon manatlıq “Çayka” satılır


Ağstafada yaşayan Valeh Abbasəliyev 1973-cü ildə istehsal edilən "Çayka" avtomobilini yenicə zavoddan çıxmış kimi qoruyub saxlayır.

AzNews.info Xezerxeber-ə istinadən xəbər verir ki, dəfələrlə maşına yüksək qiymət təklif etsələr də, onu satmaq istəməyib.

İndi isə fikrini dəyişib. Deyir əgər istəyən olsa 1 milyon manata sataram.

"Çayka" və ya "Qaz 13". 42 il əvvəl istehsal edilən bu avtomobil Ağstafa sakini,66 yaşlı Valeh Abbasəliyev tərəfindən yenicə zavoddan çıxmış kimi qorunub saxlanılır.

Qorki avtomobil zavadonun istehsalı olan bu maşın görənlərin diqqətini çəkir.Hətta onunla şəkil çəkdirənlər də olur.Avtomobili görən yol polisləri də bəzən marağını gizlədə bilmir.

Valeh Abbasəliyevin sözlərinə görə,dəfələrlə yüksək qiymət təklif etsələr də maşını satmaq istəməyib.Onu 1 milyon manata satmağı düşünür.

Avtomat sürət qutusuna malik "Qaz 13" geniş salonu ilə də diqqət çəkir.Salonda soyuducu və monitor da quraşdırılıb.Valeh Abbasəliyev maşını idarə etməyi özündən başqa yalnız oğluna həvalə edir.



Mənbə: Xəzərxəbər
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *