Günəşdə güclü partlayışlar baş verib
Dekabrın 21-də Günəşdə koronal kütlə atımı ilə müşayidə edilən yüksək və orta səviyyəyəli bir neçə partlayış baş verib.
Oxu.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, bu barədə akademik E.K.Fyodorov adına Tətbiqi Geofizika İnstitutunun məlumatında bildirilir.
“Günəşin diskində 3 qrup ləkə müşahidə olunub. 2472-ci qrupda koronal kütlə atımı ilə müşayidə edilən 19 dəqiqə müddətində M2.8 və М1.1/1N partlayışları qeydə alınıb.
Sutka ərzində Günəşdə C sinfinə aid olan və koronal kütlə atımı ilə müşayidə edilən bir neçə güclü partlayış baş verib. Onlardan ən güclüsü 2472-ci qrupda С9.1 partlayışıdır.
Güclü partlayışlar planetimiz istiqamətində yönəlməyib və bu səbəbdən Yerdə maqnit qasırğaları gözlənilmir”, - məlumatda deyilir.
Mənbə:> Oxu.Az