Güclü maqnit qasırğası üzündən elektrik cihazlarının da keyfiyyəti pisləşir
Oktyabrın 6-da axşam saatlarından Günəşdə baş vermiş anomaliya Yerdə maqnit qasırğasına səbəb olacaq.
Oxu.Az ntv.ru-ya istinadən xəbər verir ki, bu, yalnız meteohəssas insanlara deyil, eləcə də elektrik cihazlarına təsir edəcək.
Alimlərin sözlərinə görə, bu, rabitənin pisləşməsinə, radiosiqnalların keyfiyyətinə təsir edə bilər, eləcə də peykləri sıradan çıxara bilər. Hər şeyə səbəb güclü günəş küləyidir, həmin külək sürətlə Yerə yaxınlaşır. O, Günəşdə olan və diametri bizim planetin diametrindən 27 dəfə böyük olan tac dəliyindən çıxacaq.
Alimlərin məlumatına əsasən, qasırğa oktyabrın 7-də bütün günü davam edəcək.
Mənbə:> Oxu.Az