“Ölkəmizi tanıyaq” Füzuli və Ağdamda » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Təhsil, Foto

“Ölkəmizi tanıyaq” Füzuli və Ağdamda – FOTO

“Ölkəmizi tanıyaq” Füzuli və Ağdamda


“Ölkəmizi tanıyaq” devizi ilə təşkil olunmuş maarifləndirici tur-aksiyaların ikinci mərhələsi çərçivəsində Qarabağ bölgəsinə ekskursiya edən Qaradağ rayonunun ümumtəhsil məktəblilərinin IX-XI sinif şagirdləri noyabrın 14-də əvvəlcə Füzuli rayonuna gəliblər.


“Qafqazinfo”ya daxil olan məlumata görə, məktəblilərin rayonla tanışlığı Horadiz şəhərinin girişindəki Dövlət Bayraq Meydanından başlayıb. Sonra Heydər Əliyev Parkına gələn qonaqları rayon ictimaiyyətinin nümayəndələri və füzulili məktəblilər qarşılayıblar. Məktəblilərə Füzuli rayonunun tarixi, coğrafi mövqeyi, mədəniyyəti, iqtisadiyyatı barədə məlumat verilib.

Heydər Əliyev Mərkəzinə gələn tur-aksiya iştirakçıları Heydər Əliyevin həyatını, siyasi fəaliyyətini əks etdirən fotoşəkillərlə və sənədlərlə, qədim Azərbaycan dövlətləri haqqında məlumatlarla və həmin dövlətlərin rəmzlərinin lazer görüntüləri ilə tanış olublar.

“Ölkəmizi tanıyaq” devizi ilə təşkil olunmuş maarifləndirici tur-aksiyaların ikinci mərhələsi çərçivəsində Aran Qarabağ bölgəsinə səfər çərçivəsində məktəblilər noyabrın 10-da Ağdam rayonunda olublar. Rayonun girişində səmimiyyətlə qarşılanan məktəblilərə Ağdam rayonu haqqında məlumat verilib.

“Ölkəmizi tanıyaq” Füzuli və Ağdamda
“Ölkəmizi tanıyaq” Füzuli və Ağdamda

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *