Los Ancelesdə partlayış təhlükəsi ilə əlaqədar bütün məktəblər bağlandı
Los Ancelesdə təhsil rayonunda partlayış təhlükəsi ilə əlaqədar bütün məktəblər bağlanıb.
Oxu.Az Los Angeles Times-ə istinadən xəbər verir ki, rayonda 640 minədək şagirdin təhsil aldığı 1000-dən çox məktəb var.
Polis məktəblərin hamısında əməliyyta-axtarış tədbirləri həyata keçirir.
“Reuters”in məlumatına görə, partlayış təhdidi Almaniyaya məxsus elektron ünvandan gəlib.
Məlumata əsasən, məktub Frankfurtda qeydiyyatdan keçən e-mail ünvandan göndərilib.
Dəqiqləşdirilir ki, partlayış təhdidi Regional Şuranın üzvünə ünvanlanıb
Mənbə:> Oxu.Az