Məşhur Hollivud aktyoru Azərbaycana sataşdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maqazin, Video

Məşhur Hollivud aktyoru Azərbaycana sataşdı – VİDEO

Məşhur Hollivud aktyoru Azərbaycana sataşdı


Məşhur Hollivud aktyoru, komediant Uill Ferrell (Will Ferrell) ötən həftəsonu uzun fasilədən sonra məşhur "Saturday Night Live" şousunda yenidən efirə çıxıb.

AzNews.info AzVision.az-a istinadən xəbər verir ki, NBC kanalında yayımlanan şouda Uill Ferrell keçmiş prezident Corc Buşu yamsılayan sketçlə çıxış edib.

Ferrel Corc Buşun 2016-cı ildə prezident seçkisinə qatıla biləcəyi haqda verdiyi gözlənilməz bəyanatını ələ salıb. Həmçinin, digər namizəd, milyarder Donald Trampın müsəlmanları ABŞ-a buraxmamaq haqda bəyanatı ilə məzələnib.

Maraqlıdır ki, komediant çıxışında Azərbaycana da sataşıb. Belə ki, Ferrell Buş obrazında çıxış edərkən məşhur həkim, neyrocərrah Ben Karsona müraciət edib. Doktor Ben Karsonun həmişə astadan danışmağına işarə edən “Buş” - Ferrel deyib ki, "Doktor Ben Karson, sənə bir şey söyləyim. Əgər Çinə və Azərbaycana gedəsi olsan, bu, işə yaramır. Orada səni anlamaları üçün ucadan danışmalısan".

İngilis dilində Ferrel bunları deyib:

“Dr. Ben Carson, I can barely hear him when he talks. I`ll tell you something: That`s not going to work when you have to go to China or Azerbaijan, where you have to talk loudly so they will understand”.

O da diqqət çəkir ki, aktyor “Azerbaijan” sözünü düzgün tələffüz etməyib.

AzNews.info həmin hissəni oxucularına təqdim edir.


Mənbə: AzVision.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *