“Heydər” məscidi gündəlik ibadətə açıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

“Heydər” məscidi gündəlik ibadətə açıldı

“Heydər” məscidi gündəlik ibadətə açıldı


Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "Heydər" məscidi gündəlik ibadət üçün açılıb.

AzNews.info xəbər verir ki, bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini, Bakı İslam Universitetinin rektoru, "Heydər" Məscidi Kompleksi İdarəsinin sədri Hacı Sabir Həsənli məlumat verib.

Onun sözlərinə görə, məsciddə gündəlik namazlar qılınır. Şiə əhlinin qıldığı namaza Bakı İslam Universitetinin məzunu Hacı Rüfət Qarayev axundluq edir. Sünni camaatına isə Hacı Hafiz Abbasov imamlıq edir.

S.Həsənli onu da bildirib ki, qılınan cümə namazlarına Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) qaziləri və səlahiyyətləri nümayəndələri növbə ilə öndərlik edəcəklər.

Qeyd edək ki, İslam dünyasında qadınlar məscidlərdə onlar üçün ayrılmış yerdən kişilərin namaz qılmasını izləyir, imam və ya axundun hərəkətlərinə uyğun namazlarını qılırlar.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *