Xətai rayonu qazsız qalacaq
Bu gün saat 10:00-dan Bakı şəhəri Xətai rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Bu barədə Oxu.Az-a “Azəriqaz” İB-dən bildirilib.
“Fasilələr Xətai rayonu Neapol dairəsi ilə Telnov küçəsinin kəsişməsində yeni çəkilmiş diametri 57 mm-lik orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədardır.Fasilə işlər yekunlaşanadək davam edəcək”, -deyə qurumdan qeyd edilib.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli