Bu gün dörd rayonda qaz olmayacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Bu gün dörd rayonda qaz olmayacaq

Bu gün dörd rayonda qaz olmayacaq


Bu gün Bakı şəhəri Nərimanov və Suraxanı rayonlarında, həmçinin Ağstafa və Qazax rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Bu barədə “Azəriqaz” İB-dən Oxu.Az-a bildirilib.

“Azəriqaz” İB-dən verilən məlumata görə, diametri 159 mm-lik orta təzyiqli yerüstü qaz kəmərinin torpaq altından keçən hissəsində aşkar olunmuş sızmaların ləğvi, yeni çəkilmiş qaz kəmərlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, qış mövsümündə abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə noyabrın 11-də saat 11:00-dan işlər yekunlaşanadək Nərimanov rayonunun F.Yusifov, N.Hacıyev, A.Neymətulla və ətraf ərazilərdə qaz olmayacaq.

Bundan başqa, qurumdan bildirilib ki, saat 10:00-dan işlər yekunlaşanadək Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinin bir hissəsində, saat 09:00-dan 18:00-dək Ağstafa rayonunun bir hissəsində, saat 10:00-dan 16:00 dək isə Qazax rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Mənbə: Oxu.Az - Ülviyyə R.Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *