Parkomat nəzarətçiləri ləğv ediləcək » AzNews.info -Xəbər portalı

Parkomat nəzarətçiləri ləğv ediləcək

Parkomat nəzarətçiləri ləğv ediləcək


Bir müddət sonra artıq Bakıda parkomat nəzarətçiləri olmayacaq.

AzNews.info AzVision.az-a istinadən xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin (XTAİ) rəisi Həsən Abdullayev deyib.

Onun sözlərinə görə, bir müddətdən sonra Bakıda parkomat nəzarəçilərinin işinə ehtiyac qalmayacaq: “Sürücülər 2015-ci ilin əvvəlindən etibarən müvəqqəti ödənişli duracaqlarda ödənişlərini nağd yolla yanaşı, plastik kartlar vasitəsilə də edə biləcəklər. Bundan əlavə, SMS xəbərdarlıq sistemi də fəaliyyətə başlayacaq. Ona görə də artıq nəzarətçilərin işinə heç bir ehtiyac olmayacaq. Qeyd edim ki, Avropada parkomatların üzərində ümumiyyətlə, nəzarətçilər yoxdur. Demək istəyirəm ki, hamı aparatdan özü də istifadə edə bilər. Sadəcə nəzarətçi onun üçün lazım idi ki, bir müddət insanlara parkomatlardan istfadə qaydalarını öyrətsin. Yəni bu, müvəqqəti xarakter daşıyır. Ola bilər ki, 1 il, hətta 6-7 aydan sonra nəzarətçilərə ümumiyyətlə, ehtiyac qalmasın”.

Bununla yanaşı, H.Abdullayev qeyd edib ki, söhbət işçilərin hamısından getmir: “Əlbəttə ki, nəzarətçilər də olmalıdır. Onlarsız da keçinmək olmaz”.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *