FHN itkin düşənlərin meyitlərinin tapılmasının videogörüntüsünü yaydı » AzNews.info -Xəbər portalı

FHN itkin düşənlərin meyitlərinin tapılmasının videogörüntüsünü yaydı – VİDEO

FHN itkin düşənlərin meyitlərinin tapılmasının videogörüntüsünü yaydı


Videogörüntüdə xilasedicilərin itkin düşənlərin meyitini helikopterə qaldırması əks olunub

Fövqəladə Hallar Nazirliyi (FHN) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar itkin düşənlərin axtarışı əməliyyatından videogörüntü yayıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 7-də qeydə alınmış videogörüntüdə nazirliyin xilasedicilərinin itkin düşənlərin meyitini helikopterə qaldırması əksini tapıb.

Qeyd edək ki, dekabrın 4-də saat 17.40 radələrində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə güclü yanğın baş verib.

Hadisə baş verən zaman özüldə 63 nəfər olub.

Yanğın nəticəsində 2 nəfər həlak olub, 29 nəfər itkin düşüb. İtkin düşənlərdən 6-nın meyiti dünən tapılaraq sudan çıxarılıb, 23 nəfərin axtarışı davam edir.


Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *