Donbasda 1,5 min adam itkin düşüb
Donbasın ərazisində ilin əvvəlindən 1592 nəfər itkin düşüb.
Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, bu məlumatı iyun ayının 17-də Donetsk xəbər agentliyi əyalət prokurorluğunun apardığı yoxlama nəticələrinin əsasında bildirib.
“Cari ildə itkin düşənlərin sayı getdikcə artır”, - sənəddə deyilir.
İtkin düşənlərin əksəriyyəti Artemovsk, Mariupol, Selidovo, Slavyansk, Kramatorsk, Dzerjinski və Maryinsk rayonlarında qeydiyyatda idilər.
Arayışda beş ay əvvəlində 208 nəfərin yeri müəyyən edilib, bu isə itkin düşənlərin 13%-dir.
İtkin düşənlərin axtarışı “xüsusilə də antiterror əməliyyatlarının fəal dövründə” əsas məsələlərdəndir, sənəddə qeyd edilib. Arayış 10 iyun tarixi ilə qeyd edilib, məlumatlar isə cari ilin yanvar ayının 1-dən, iyun ayının 1-nə kimi olan dövrə aiddir.
Mənbə:> Oxu.Az