Polis metronu da nəzarətə götürdü
"Bakı Metropoliteni"nin bütün stansiyalarında ciddi təhlükəsizlik tədbirləri həyata keçirilir.
ANS PRESS-in məlumatına görə, sərnişinlər metroya daxil olarkən çox ciddi şəkildə yoxlanılır.
Metronun “20 Yanvar” stansiyasında hava limanında olduğu kimi, dəmir əşyaların tapılması üçün xüsusi aparat yerləşdirilib. Polis şübhələndiyi şəxsləri bu aparatdan keçirərək yoxlayır. Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev ANS PRESS-ə faktı təsdiqləyib.
Qurum rəsmisi bütün bunların sərnişinlərin təhlükəsizliyi ilə bağlı olduğunu bildirib.
“Polis sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə tədbirləri gücləndirib. Stansiyadakı yeni aparatlar da polis tərəfindən quraşdırılıb", deyə N.Paşayev bildirdi.
Mətbuat katibi onu da bildirdi ki, həyata keçirilən bu tədbirlərin nə vaxta kimi davam edəcəyi dəqiq bilinmir.
Mənbə:> ANSPRESS