Vilayət Eyvazov Nardarana getdi
Xüsusi əməliyyat keçirilir.
Daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov hazırda Nardaran qəsəbəsindədir.
Trend-in əməkdaşının məlumatına görə, V.Eyvazov qəsəbədə keçirilən xüsusi əməliyyatla əlaqədar qəsəbəyə gəlib.
Qeyd edək ki, bu gün saat 8:00-da vətəndaşlarımızın hüquqlarının, azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, əllərdə qanunsuz saxlanılan odlu silahların, partlayıcı maddə və qurğuların yığılması məqsədilə Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilməsinə başlanılıb.
Nardaranda əllərdə qanunsuz saxlanılan odlu silahların, partlayıcı maddə və qurğuların yığılması məqsədilə keçirilən əməliyyat tədbirlərilə əlaqədar qəsəbədə evlər yoxlanılır.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən evlərdə qeydiyyatı olan şəxslər siyahı üzrə yoxlanılır.
Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.
Mənbə:> Trend