Daha bir Rusiya helikopteri qəzaya uğradı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Dünya

Daha bir Rusiya helikopteri qəzaya uğradı

Daha bir Rusiya helikopteri qəzaya uğradı


Kamçatkanın Yelizovo şəhərində (Rusiya) Mi-2 helikopteri sərt eniş edib.

Üç nəfər xəsarət alıb, onlardan biri dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, bu barədə TASS-a Rusiya FHN-nin Kamçatka diyarı üzrə baş idarəsindən bildiriblər.

Məlumata görə, helikopter şəhərin mərkəzində, Ryabikov küçəsində, "Radujnıy" bədən tərbiyəsi kompleksinin meydançasında sərt eniş edib.

Şahidlərin sözlərinə görə, helikopter bir neçə saniyə meydançanın üzərində asılı qalıb, bundan sonra bir neçə metr yüksəklikdən yerə düşüb.

Helikopterin "İzluçina" bazasından havaya qalxdığı və turist səfəri həyata keçirdiyi bildirilir. Onun göyərtəsində 3 nəfər - iki ekipaj üzvü və bir turist olub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *