Nardaranda qərar verildi: meydan boşaldılır » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Video

Nardaranda qərar verildi: meydan boşaldılır – VİDEO

Nardaranda qərar verildi: meydan boşaldılır


Nardaran sakinləri bu gün qəsəbədəki Hüseyniyyə ("İmam Hüseyn") məscidində toplaşaraq müzakirələr aparıblar.

Müzakirə edilən əsas məsələ meydanın boşaldılıb-boşaldılmamsı ilə bağlı olub. Müzakirələrdə səsləndirilən əsas təklif meydanı boşaltmaq ve evlərə qayıtmaq olub.

Sonda meydanın boşaldılmasına qərar verilib. Nardaran sakinləri meydanı tam boşaltmağa, evlərə qayıtmağa qərar veriblər.

Kənd ağsaqqalları çıxışlarında bildiriblər ki, hökumətin təklifi dəyərləndirilməlidir. Onların sözlərinə görə, hökumətdən gələn təklif “İmam Hüseyn” meydanın boşaldılması və cənazələrin geri qaytarılmasıdır.

Kənd ağsaqqalları bildiriblər ki, meyitlər verildikdən sonra 5 nəfər kənd ağsaqqalı hökumət nümayəndələri ilə danışığa gedəcək.

"Yeni Müsavat" bildirir ki, “İmam Hüseyn” meydanı boşaldıldıqdan sonra kənd ağsaqqalları hökumətin işıq, su məsələsini həll edəcəyini, yollarda qurulan postların götürüləcəyini ümid edirlər.


Mənbə: Musavat.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *