Avropa Milad bayramına qorxu içində hazırlaşır
Avropada şəhərlərdə ənənəvi Milad bayramı dükanlarının fəalliyyətə başlaması fonunda təhlükəsizliyin qorunması müzakirə edilir.
Bu, ötən həftə Parisdə 129 nəfərin ölməsi ilə nəticələnən silsilə hücumlardan sonra baş verir.
Şənbə günü Belçikanın paytaxtı Brüsseldə çox ciddi terror təhlükəsi xəbərdarlığı edilib.
Həmçinin BMT Təhlükəsizlik Şurası "İslam Dövləti" qruplaşmasına qarşı ikiqat tədbirlər barədə yekdil qətnamə qəbul edib.
"Strasburqda 445 yaşlı Milad bazarı bu il uşaqlar üçün əyləncə tədbirləri təşkil etməyəcək. Polis burada 2000-ci ildə qoyulan bombanı zərərsizləşdirib" - deyə "Wall Street Journal" yazır.
Parisdə isə Yelisey sarayı qarşısındakı prospektdə Milad bazarı yenidən istifadəyə verilib.
Surixdə dəmir yolu stansiyası bazarı açıq olsa da polislə doludur.
Almaniya Avropada indiyə qədər Milad bazarlarının sayına görə birinci olub, bu bazarlar hər il 50 milyondan çox ziyarətçi gətirib.
Fransada adətən 250 bazar qurulur, başqa ölkələrdə isə bazar sayı 10-50 arasında dəyişir.
Roma papası Fransis deyib ki, Miladın ruhu "müharibə və nifrət"lə boğulmaq riskindədir.
"Milad gəlir. İşıqlar yanacaq, əyləncələr olacaq, ağaclar bəzədiləcək... Dünya isə hələ də müharibəyə davam edir. Dünya sülh yolunu seçmədi" - Roma papası qeyd edib.
Mənbə:> Virtualaz.org