Facebook-da "Eldar Mahmudov" virusu yayılır – FOTO
Facebook sosial şəbəkəsində azərbaycanlı istifadəçilərə qəribə virus göndərilir.
AzNews.info baku.ws-ə istinadən bildirir ki, virus Word fayl, foto formasında olur. Virusun başlığında "Eldar Mahmudov - həbs sənədi" yazılır. Həmin qovluğa girən şəxsin profili avtomatik olaraq haker tərəfindən mənimsənilir. Hakerlər profili avtomatik olaraq ələ keçirirlər. Oradakı vacib informasiyalar oğurlanır. Şəxsi fotolar götürülür. Bundan başqa, sizin adınızdan dostlarınıza eyni virus göndərilir.
Viruslar müxtəlif şəxslərin profillərindən göndərilir. İnandırıcı olsun deyə, məlumatların əvvəlində sizin adınızı da yaza bilərlər.
Mənbə:> Baku.ws