Qadın elə bir yalan danışdı ki... — Əri boşadı və... – VİDEO
"Yalan ayaq tutar, yeriməz" deyiblər.
Cənubi Koreyada yaşayan 3 uşaq anası Heidi Yeh deyəsən bu ifadəni tez-tez yada salacaq. Məsələ burasındadır ki, model kimi fəaliyyət göstərən Heidinin əri uşaqların onların heç birinə bənzəmədiyindən şübhələnib. Əvvəl həyat yoldaşının onu aldatdığını düşünsə də, daha sonra başqa bir sirr ortaya çıxıb. Ailə qurmamışdan əvvəl qadın artıq bir neçə dəfə plastik əməliyyat etdirib və tamamilə dəyişib.
Xanımının əvvəllər heç də indiki kimi gözəl olmadığını öyrəndikdən sonra hiddətlənən kişi boşanmaq üçün məhkəməyə müraciət edib və plastik əməliyyatlar gözəlindən onu aldatdığı üçün 120 min dollar təzminat tələb edib.
Mənbə:> ATV.az