Hacıbala Abutalıbov Bakıda reklamları sökdürür » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Hacıbala Abutalıbov Bakıda reklamları sökdürür

Hacıbala Abutalıbov Bakıda reklamları sökdürür


Bakıda ticarət obyektlərinin üzərinə vurulan xarici dildə yazılmış reklam lövhələri sökülür.

AzNews.info AzVision.az-a istinadən xəbər verir ki, söküntü işləri “28 May” metrosu yaxınlığında yerləşən obyektlərdə aparılır.

Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları obyekt sahiblərinə tövsiyə edib ki, reklam lövhələri yalnız Azərbaycan dilində olmalıdır.

“Bizə bildirdilər ki, bu barədə Hacıbala Abutalıbov ciddi tapşırıq verib və buna görə şəhərdəki bütün xarici dildə olan reklamlar söküləcək”, - deyə obyekt sahibləri bildirib.

Qeyd edək ki, Reklam haqqında Azərbaycan Respublikasının Qanununa görə, reklamda dövlət dili işlənilir və bu, dövlət dilinin normalarına uyğun olaraq tətbiq edilməlidir. Zəruri hallarda reklamda dövlət dili ilə yanaşı, digər dillər də istifadə oluna bilər.

Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir.

Mənbə: AzVision.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *