Abutalıbov qanunsuz villaları musiqi ilə sökdürür – VİDEO
Bakının “Dostluq” parkı ərazisində qanunsuz tikilmiş villalar musiqi sədaları altında sökülür.
Oxu.Az SpaceTV-yə istinadən bildirir ki, bunun üçün söküntü işləri aparılan əraziyə xüsusi ansambl gətirilib.
Onun ifa etdiyi musiqi nömrələri baş verənlərə təntənə fonu qatır.
O da maraqlıdır ki, söküntü işlərinə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov şəxsın nəzarət edir.
Bakı merinin bildirdiyinə görə, sökülən villaların yerində 10 min ədəddən çox ağac əkiləcək.
Mənbə:> Oxu.Az