Bakıda qadını rüsvay etməklə hədələyən kişi tutuldu » AzNews.info -Xəbər portalı

Bakıda qadını rüsvay etməklə hədələyən kişi tutuldu

Bakıda qadını rüsvay etməklə hədələyən kişi tutuldu


Bakıda şantaj yolu ilə vətəndaşdan pul tələb edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, noyabrın 6-da Bakı şəhər sakini M.Q (qadın) Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə ərizə ilə müraciət edərək cari ilin iyul ayının 5-dən sentyabr ayının 15-dək olan müddətdə həmyerlisi Eldəniz Kərimlinin onu rüsvay edəcəyi ilə hədələyib 1000 manat və 1000 ABŞ dolları almasını, habelə təkrarən pul tələb etməsini bildirib.

Xətai RPİ 36-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 6-da E.Kərimli M.Q-dan 1000 manat alarkən tutulub.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *