Bakıda “Bayraq yürüşü” keçirildi
Bu gün Bakıda Təhsil Nazirliyi 9 noyabr - Azərbaycan Dövlət Bayrağı Günü ilə əlaqədar “Bayraq yürüşü” keçirib.
Azərbaycan Respublikası dövlət himninin səsləndirilməsi ilə başlayan “Bayraq yürüşü” “Azneft” meydanından Dövlət Bayrağı Meydanınadək davam edib.
Yürüşdə təhsil nazirinin müavini Ceyhun Bayramov, deputatlar, ali məktəb rektorları, çoxsaylı tələbə və şagirdlər iştirak edib.
Mənbə:> Olke.az