Krımda şəxsi təyyarənin qəzaya uğraması nəticəsində dörd nəfər ölüb
Krımda kiçik şəxsi təyyarənin qəzaya uğraması nəticəsində dörd nəfər ölüb.
Oxu.Az-ın məlumatına görə, bu barədə İnterfax-a regionun fövqəladə xidmətlərindən məlumat verilib.
“Cessna təyyarəsi Koktebel meydançasından havaya qalxdı, lakin uçuş zamanı fövqəladə vəziyyət yarandı və təyyarə yerə çırpıldı. Göyərtədə olan təyyarənin dörd ekipaj üzvünün hamısı həlak olub”, - məlumatda bildirilir.
Mənbə həmçinin dəqiqləşdirib ki, ilkin məlumata əsasən, uçuş qeyri-qanuni olub.
“Bu səbəbdən ölənlərin şəxsiyyətləri hələlik müəyyən edilməyib”.
Mənbə:> Oxu.Az