Quba və Qusara qar yağdı – FOTO
Quba və Qusar rayonlarına qar yağıb.
Oxu.Az xəbər verir ki, Quba Regional Hidrometeorologiya idarəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, Quba rayonunda ən çox qar Qırız kəndinə düşüb.
Burda qarın hündürlüyü 7 sm-ə çatıb.
Xınaqlığa 5 sm, Rük kəndinə isə 4 sm qar yağıb.
Qusar rayonu ərazisində Ləzə kəndində 3 sm, Susayda isə 1 sm hündürlüyündə qar qeydə alınıb.
Mənbə:> Oxu.Az