İlham Rüstəmov: Qoy bu uşağa mənim xadiməm cavab versin » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, İdman, Media

İlham Rüstəmov: Qoy bu uşağa mənim xadiməm cavab versin

İlham Rüstəmov: Qoy bu uşağa mənim xadiməm cavab versin


CBC Sport telekanalının baş direktoru İlham Rüstəmov İctimai televiziyanın icmalçısı Tural Dadaşovun onun ünvanına söylədiyi replikaya cavab verib.

“Tural Dadaşov kimdir? Hansısa uşaq. Bu, mənim səviyyəm deyil. Qoy ona mənim xadiməm cavab versin”, - İlham Rüstəmov bu gün bəyan edib.

Hər şey Avropa-2016-nın Azərbaycan və İtaliya arasında seçmə matçını, Avropa-2016-nın yayım hüququna sahib olan İctimai televiziyanın telekameraları ilə deyil, CBC Sport-un kameraları ilə çəkilməyindən başlayıb.

İlham Rüstəmovun sözlərinə görə, bunu CBC Sport-dan İTV-nin matçları necə çəkdiyini bəyənməyən UEFA xahiş edib.

Dadaşov Rüstəmovu tam düzgün informasiyanı yaymamaqda ittiham edib.

Dadaşov qeyd edib ki, Azərbaycan-İtaliya matçını çəkmək barədə CBC Sport-dan xahişi UEFA öz təşəbbüsü ilə deyil, AFFA-nın tövsiyələrindən sonra yönləndirib.

“AFFA-nın UEFA-ya matçı CBC Sport-un kameraları ilə çəkmək barədə xahişindən sonra UEFA bu barədə İTV-yə müraciət edən Avropa Yayım Şurasına xəbər verib. Bizim kanal bu məsələdə anlayışlı davrandı və digər kanal tərəfindən matçın çəkilməsinə razılıq verdi.

Əgər biz, hüquq sahibləri razılaşmasaydıq, o zaman CBC Sport matçı çəkə bilməzdi. Ümumiyyətlə, CBC Sport-un bu danışıqlarda adı keçmirdi. UEFA danışıqları AFFA ilə aparırdı. Matçı isə CBC Sport-un tərəfdaşı – Türkiyənin Saran Holding şirkəti çəkirdi” - Tural Dadaşov yazıb.

İTV icmalçısı həmçinin İlham Rüstəmovu qərəzli davranışda, həmkarlarına qarşı hörmətsizlikdə, tərbiyəsizlikdə və s. ittiham edib.

“Bizə UEFA-dan müraciət ediblər və biz matçı RAİ italyan telekanalı və təbii ki, İTV üçün çəkirdik. Biz bu matç üçün UEFA-dan yaxşı pul qazanmışıq. Sənədləri göstərə bilərik. Avropa-2016-nın yayım hüququ isə İTV-yə məxsusdur. Bununla heç kim mübahisə etmir”, - bu gün CBC Sport-un baş direktoru Tural Dadaşovun ifadəsinə cavab verərkən bildirib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *