ABŞ-dan proqnoz: 60 il sonra Həcc ziyarəti mümkün olmayacaq
ABŞ meteoroloqları Yaxın Şərqdə 60 il sonra insanların yaşayış şəraitini proqnozlaşdırıblar.
Onların fikrincə, İran körfəzi ölkələrində həmin vaxtda kondisionerlə təchiz edilməmiş yerlərdə qalmaq mümkün olmayacaq, əsasən də bu Məkkəyə həcc ziyarətində öz təsirini göstərəcək. Müəlliflər tədqiqatlarının nəticələrini Nature Climate Change jurnalında dərc ediblər.
Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, alimlərin fikrincə, qlobal istiləşmə nəticəsində temperatur və nəmişlik o qədər artacaq ki, bir neçə saat ərzində kondisionerlə təchiz edilməmiş yerdə qalmaq həyat üçün təhlükəli olacaq.
Meteoroloqlar öz işlərində yaş termometr temperaturunun təsəvvüründən istifadə ediblər. Prosesin sonunda havada buxarlanan su bu temperaturu alır.
Bu temperatur xüsusi cihaz – psixrometr ilə ölçülür. İnsan orqanizmi səthindən mayenin buxarlanması nəticəsində soyuyur. Yaş termometrin kritik temperatur həddində bu mümkünsüz olacaq.
Alimlərin fikrincə, 2071 və 2100-cü illər arasında yaş termometrin temperaturu İran körfəzi ölkələrinin bəzilərində, məsələn, Qətər, BƏƏ və İranda 35 dərəcə selsiyə çatacaq. Risk zonasına əsasən Dubay, Doha və Abu-Dabi düşür. Artıq bu gün bu və digər yaşayış məntəqələrində temperatur kritik həddə yaxındır.
Belə ki, İran körfəzi yaxınlığında yerləşən İran və İraq ərazisində gündüz hava temperaturu 50, gecə isə 30 dərəcədən yüksək olur. Bu göstəricilər yaş termometrin göstəricilərinə çevrildikdə 34,6 dərəcə selsi deməkdir.
Alimlər ehtimal edirlər ki, ölkələrin istixana qazlarının tullantılarının azaldılması halında yaranan iqlim şəraitinin saxlanılması və Yaxın Şərqdə orta illik temperaturun saxlanılması mümkündür. Bu regionun potensial boşluğunun qarşısını ala bilər.
Bütün bunlarla yanaşı, Məkkəyə Həcc ziyarəti də mümkünsüz olacaq.
Mənbə:> Oxu.Az