Rayon qeydiyyatlı maşınla Bakıya gəlin aparmağa gələnlərə XƏBƏRDARLIQ » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto

Rayon qeydiyyatlı maşınla Bakıya gəlin aparmağa gələnlərə XƏBƏRDARLIQ

Rayon qeydiyyatlı maşınla Bakıya gəlin aparmağa gələnlərə XƏBƏRDARLIQ


Rayon qeydiyyatlı avtomobillərin Bakıya daxil olmasına məhdudiyyət qoyulması hələ də müzakirə mövzusu olmaqda davam edir.

AzNews.info Modern.az-a istinadən xəbər verir ki, budəfəki narazılıq toy karvanları ilə bağlıdır.

Məhdudiyyət tətbiq edilməzdən əvvəl bir çox hallarda rayondan Bakıya gəlin aparmağa gələnlər səhər saatlarında yola çıxırdılar.

Bəs indiki halda necə, toy karvanı paytaxta yalnız gecə saatlarında daxil olmalıdırmı?

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bu kimi hallarda istisnalar ola biləcəyini deyib:

“Rayondan Bakıya toy karvanı gələrsə, o zaman bütün avtomobillərə deyil, məhz bəy-gəlin maşınına güzəşt oluna bilər”.

O qeyd edib ki, bununla bağlı hələ ki, müraciət daxil olmayıb:

“Əlbəttə, belə istisnalar ola bilər. Amma toy karvanı deyəndə, o demək deyil ki, bəy-gəlin avtomobilinin arxasına 30-40 avtomobil qoşulsun Bakıya gəlsin. Xeyr, bu mümkün ola bilməz. İstisna halda karvandakı 1-2 rayon qeydiyyatlı maşın paytaxta buraxıla bilər, qalanlar yox!”.

Qeyd edək ki, rayon qeydiyyatında olan avtomobillərin səhər saat 7:00-dan gecə saat 22:00-a kimi Bakıya buraxılmaması ilə bağlı qərar sentyabrın 15-dən qüvvədədir. Bu avtomobillərin saxlanması üçün paytaxtın cənub və şimal girişində duracaqlar tikilib.

Mənbə: Modern.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *