Narkotiklə saxlanılan şəxs: Uşaqlarımı dolandırmaq üçün etmişəm – VİDEO
Qaradağ rayon 38-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Daşkəsən rayon sakini Bəylər Tağıyev şübhəli şəxs qismində saxlanılaraq polis idarəsinə gətirilib.
AzNews.info Region TV-yə istinadən xəbər verir ki, idarədə onun üzərinə baxış keçirilən zaman selofon torbaya bükülmüş ümumi çəkisi 2 kilo 585 qram narkotik maddə olan marixuana aşkar olunub.
Saxlanılan 57 yaşlı Bəylər Tağıyevin sözlərinə görə, tapdığı narkotik maddəni Bakıya gətirərək Sahil qəsəbəsində tanımadığı şəxslərə satmaq istəyib.
Bəylər Tağıyev - saxlanılan şəxs:
“Tovuzda, yolun qırağından yetişməmiş nəşə tapdım. Onu yığıb, evdə sobada qurutdum, satmaq üçün Bakıya gətirdim. Uşaqlarımı dolandırma üçün 3000 manata vermək istəyirdim. Ailə vəziyyətim çox ağırdır, ona görə etdim” .
Qeyd edək ki, bu Daşkəsən sakininin ilk məhkumluğu olacaq. Hazırda polis idarəsində onun digər cinayət əməllərində iştirakının olub olmadığı araşdırılır.
Mənbə:> Region TV