Məşhur aktrisanın şok görüntüləri: Ac qalıram – VİDEO+FOTO
Günlərdir mətbuatda məşhur aktrisa Gülnar Salmanova ilə bağlı xəbərlər yayılır. Təəssüf ki, bu məlumatlar aktrisanın yaradıcılığını deyil, hər gün pisləşən səhhətinə aiddir.
Əməkdar artistə yardım üçün kampaniyaya başladılıb.
AzNews.info Qafqazinfo-ya istinadla xəbər verir ki, yardım kampaniyasının təşkilatçısı teleaparıcı İradə İsaq, Qızıl Aypara Cəmiyyətinin nümayəndələri, dietoloq Leyla Zülfiqarova və media nümayəndələri əməkdar artisti evində ziyarət ediblər.
Səhhəti haqda danışan Gülnar Salmanova vəziyyətinin ağır olduğunu bildirib:
“Dializ xəstəsiyəm, müalicə olunuram, döşümdə xərçəng var. Nə ölə, nə də qala bilirəm. Səhhətim çox pisdir. Evimdən xəbərim yoxdur, bir müddət bacım mənə baxırdı. Məni əsəbiləşdirdiyi üçün evinə göndərdim. Heç kim yeməyimi bişirmir, mən də xəstə olduğum üçün ac qalıram. Bəzən qonşularım yemək bişirib gətirir. Oğlum Şamaxıda işləyir, mənlə maraqlanmır. Gözüm son vaxtlar görmür, müayinə etdirməmişəm. Evimi yığacaq, yeməyimi bişirəcək, mənə kömək edəcək baxıcıya ehtiyacım var”.
Qızıl Aypara Cəmiyyətinin nümayəndələri aktrisanın ayda bir dəfə müayinəsini öz üzərlərinə götürüb:
“Gülnar xanımın müalicəyə ehtiyacı var, səhhəti pisdir. Bizdə İran klinikası mövcuddur. Ayda bir dəfə əməkdar artistin müayinəsini üzərimizə götürə bilərik. Müalicəsi və dərmanları ilə bağlı Səhiyyə Nazirliyi kömək etməlidir”.
Mənbə:> Qafqazinfo.az